IQNA

Kərbəlada hərəmlərdən qırmızı bayraq asıldı - Foto | Video

21:16 - October 08, 2021
Xəbər sayı: 3490923
Məhərrəm və Səfər ayının bitməsi ilə əlaqədar, Oktyabrın 7-si namazdan sonra Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətgahının günbəzinin qara bayrağı qırmızı bayraqla əvəzlənib.

Məhərrəm və Səfər ayının bitməsi ilə əlaqədar, Oktyabr ayının 7-si namazdan sonra Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətgahının günbəzinin qara bayrağı qırmızı bayraqla əvəzlənib.

Məhərrəm-səfər hüzn və kədər əyyamının bitməsi dünən (8 oktyabr) axşam rəbiyəll-əvvəl ayının hilalının görünməsinin təsdiqlənməsilə elan edilib.

Rəbiyəll-əvvəl ayında bayrağın dəyişdirilməsi ilə eyni vaxtda Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahının bir qrup xidmətçisi matəm rəmzlərinin çıxarılması işlərini də həyata keçirib.

Qeyd edək ki, günbəzin başında qırmızı rəngli bayrağın olması ərəb adətlərinə görə, bu məzarın sahibinin hələ də qisasının alınmadığı mənasını verir. Qara bayraq yas və kədərin rəmzidir. Hər il (mütəhhər hərəmin sahiblərinin şəhid olduğu) məhərrəm ayında qırmızı rəngli bayraq aşağı salınır və qara rəngli bayraq onun yerinə dalğalanır. Bu vəziyyət səfər ayı boyunca davam edir və Rəbiül-əvvəl ayının gəlişi ilə qara rəngli bayraq endirilir və qırmızı rəngli bayraq yenidən qaldırılır. / 4003162

kod

 

captcha